Mənim günəşim
Gündüzlər baxışın elə yandırır, Hüsnü-camalına baxa bilmirəm. Gecə axtaranda yolun çaşdırır, "Yerin orbitindən" çıxa bilmirəm.
Dedilər, gecələr hirsin soyuyur, Səmadan qayıdıb möhkəm yatırsan. Yatanda gözlərin odu qoruyur, Odlu gözlərinlə gündüz saçırsan.
Yatmış gözlərini arzuladım ki, Hüsnünə baxanda qoy yanmayım mən. Uyuyan yerini tapammadım ki, Gəlim həsrətimə vüsal qatım mən.
Gecələr həsrətin, gündüzlər odun, Bizi qovuşmağa niyə qoymayır? Kainat miqyaslı xeyirxah adın, Niyə sevənləri qovuşdurmayır?...
İmza: Elgün
|