|
Həsrət
| 05-November-2008, 22:17:30 |
Həsrət
Bilməzdim ömrümdən ötən illəri Dönüb həsrət ilə vərəqləyəcəm Bir zaman çiynimə düşən telləri Unudub, özgə tel tumarlayacam
Sanki bir dustağam öz zindanımda
Nədən qapıları aça bilmirəm Ömrümdən daha çox sevdiyim qızın Bəs niyə yanına qaça bilmirəm
Bəlkə sevməmişəm heç o gözəli Mən özüm özümü aldadırmışam Bir sual yaranır, sevməmişəmsə Bəs niyə hər gecə mən ağlamışam
Sevmişəm mən onu həyatım qədər Sevgi ayrılığa boyun əyərmi? Bu sevgi gətirdi mənə qəm-kədər Bu qədər əzaba görən dəyərmi?
Elə bil dünyanın sonu da gəlib İçimdə bir ölmək hissi oyanıb Sənsiz bu dünyanın mənasıda yox Elə bil dünyanın özü dayanıb.
|
Category: Sevgi | Added by: elgun
|
Views: 2223 | Downloads: 0
| Comments: 2
| Rating: 5.0/3 |
Total comments: 2 | |
Statistics |
Online Video izle
|
|
Copyright MyCorp © 2024 |
|
| |